ATV “Bizimləsən” verilişinin dayandırılması barədə açıqlama verdi - video

Xəbər verdiyimiz kimi “ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının yarımçıq dayandırılıb. Verilişin efirdəki qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülmüşdü.

ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli iddiaları təkzib edib.

“Bu gün “Bizimləsən” proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son 1 saatlıq hissəsinə çıxmaması və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq” - Ozal İbrahimli deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ