“ATV" telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.
Bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.
Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.
Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.