Sati Kazanova: Mən azərbaycanlıları çox sevirəm - video

Rusiyalı müğənni Sati Kazanova “Moskva-Baku” jurnalına müsahibəsində Emin Ağalarovun Bakıda klip çəkdirməsində ona necə kömək etdiyini və Azərbaycanı niyə sevdiyini açıqlayıb.

“Mən Azərbaycana səyahət etməyi çox istəyirəm, xüsusən də, gözəl və günəşli Bakıya.. Yəqin ki, məni Azərbaycanla bağlayan ən təsirli hadisə pop musiqisi ifa etdiyim zamanlar “Do rassveta” mahnısına klip çəkdirməli olduğum hekayədir”, Sati Kazanova deyir.

Müğənni xatırlayır ki, onun və komandasının büdcəsi çox az idi və çəkiliş üçün harasa getmək çətin görünürdü.

“Üstəlik, bəzi planlarımız alınmadı, əvvəlcə Gürcüstanda, sonra Türkiyədə çəkiliş aparmalı idik, bütün bunlar müxtəlif səbəblərdən ləğv edildi, hər şeydə məhrum olduq. Mən Azərbaycan variantını təklif etdim və eyni zamanda könüllü olaraq Emin Ağalarova zəng vurdum. Ona izah etdim ki, büdcəmiz çox azdır və qədim küçələrə maraq göstərdiyimiz üçün harda yaşayacağımız, harada qalacağımız və ən əsası şəhərin müəyyən yerlərində çəkiliş aparmaq üçün icazəyə ehtiyacımız var. Bakının qədim küçələri çəkiliş üçün ideal idi. Emin sözümü bitirməyə belə imkan vermədi və dedi ki, kömək edəcək. Və Eminin yüngül əli ilə “Do rassveta” klipi Azərbaycanda, gözəl Bakıda çəkildi, buna görə ona təşəkkür edirəm. Mən azərbaycanlıları çox sevirəm, onlar həyatdan həzz almağı, “dadlı” yaşamağı bilirlər və bu, xüsusi qabiliyyətdir”, - deyə Kazanova paylaşıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ