Samirəylə Dilarə arasında qalmaqal alovlandı - video

Avroviziya təmsilçilərimiz Samirə Əfəndi və Dilarə Kazımova arasındakı qalmaqal alovlanıb.

OLAY yazır ki, Samirə “Xəzər axşamı” proqramında qonaq olarkən efirə Dilarənin onun haqqındakı açıqlaması verilib. 

Müxbir Kazımovadan “Altın kelebek” mükafatlandırma mərasimini izləyib-izləmədiyini soruşub. Dilarə isə baxmadığını, lakin geyimləri gördüyünü deyib. O həmçinin Samirənin sözügedən gecədə ödül almasına da münasibət bildirib:

“Çox baxmadım. Çox gözəl. Bizim münasibətimiz yoxdur, olmayacaq. Heç kimin adından danışmaq istəmirəm. Bilmirəm, bizim aramızda nə baş verdi? Amma bunu Samirə xanım seçdi. Bir dəfə mənimlə salamlaşmadı. Sonra mən də belə etdim. Səbəbi Samirə bilir. Çünki vaxt var idi, mən ona böyük dəstək olmuşdum. Seçim turlarında da, böyük səhnədə də. Belə insan deyiləm ki, soruşum, niyə mənlə danışmırsız? Özü çatdırmaq istəsə, yazar, deyər ki, belə bir şey olub. Ordan-burdan yadımda olmayan söhbətlər eşidirəm. Məncə, mənimlə əlaqəli bir şey yoxdu”.

Əfəndi həmkarının iddialarına cavab verib:

“Açığı şou-biznesdən rəfiqəm, dostum yoxdur. Tanışlarım var. Amma dost seçəndə ələyirəm. Yaşım artdıqca görürəm ki, hər insana dost demək olmaz. Mənim heç kimlə problemim yoxdur. Salam söhbəti deyil. Başqa televiziyalardan birində Yeni il çıxışında idik. Orada xoşagəlməz insident baş verdi. Başa düşmürəm ki, niyə mənə qarşı belə etdilər. Yəqin ki, hər kəs öz səhvini başa düşür.

Hər kəsə uğurlar arzu edirəm, inşallah ki, onlar da “Altın kelebek” qazanar. Mən Dilarə Kazımovanı çoxdan tanıyıram. Hələ böyük səhnəyə yeni-yeni addım atırdım. “Unformal” qrupundan tanıyıram. Onda 15-16 yaşım var idi. 20-21 yaşlarımda isə onu şou-proqramlarda görürdüm. Çalışdığım məkanlarda ifa edirdi. O zaman da münasibətimiz soyuq olub. Mən hər kəsə salam verirəm. Hələ də sonuncu içəri daxil olmuşamsa, yüksək səslə hamıyla salamlaşıram”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ