Aygün Kazımovadan oğurlanan İnstagram səhifəsi üçün pul istədilər - foto

İki gün əvvəl Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi İnstagram hesabı oğurlanıb. 

Səhifəni oğurlayanlar onun hesabında paylaşım ediblər.

“Aygün Kazımova, bunu oxuyursansa, 10 000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”, - deyə paylaşımda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ