Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla arxiv görüntülərini paylaşıb.
Müğənni “Instagram” hesabında paylaşdığı videoya “köhnə xatirələr” qeydini əlavə edib.
Bu görüntülər ağıllarda cütlüyün barışması ilə bağlı suallar doğurub.
Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, onların bu evlilikdən Hüseyn adlı bir oğulları var. Röya Ayxan və Anar Cəlilov 2014-cü ildə boşanıblar.