Azərbaycanda tanınmış aparıcı telekanal rəhbəri oldu

“Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.

Bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev Facebook hesabında yazıb.  

Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ