Ceyson Momoa 18 illik evlilikdən sonra həyat yoldaşından ayrılır

Amerikalı aktrisa Liza Bone 18 illik evliliyindən sonra “Akvamen” filminin ulduzu Ceyson Momoa ilə boşanmaq qərarına gəlib. Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

56 yaşlı aktrisa Los-Anceles dairə məhkəməsinə 44 yaşlı Momoa ilə boşanmaq üçün müraciət edib. Boşanma səbəbinin “barışmaz fikir ayrılıqları” olduğu bildirilir. Sənədlərdə həmçinin deyilir ki, tərəflərdən heç biri maddi dəstək tələbə etməyəcək - onlar öz aktivlərini necə bölüşdürəcəkləri barədə razılığa gəliblər. Həmçinin vurğulanır ki, keçmiş ər-arvad iki övladına bərabər birgə qəyyumluq hüququ almalıdırlar.

Cütlüyün ayrılma qərarı barədə 2022-ci ilin yanvarında məlum olub.

Sənətçilər 2005-ci ildə tanış olublar. 2007-ci ildə onların qızı Lola Ayolani Momoa, bir il sonra isə oğulları Nakoa-Volf Manakoapo Namakeaha Momoa dünyaya gəlib. Uzun müddət davam edən münasibətə baxmayaraq, cütlük yalnız 2017-ci ildə evlənib.

Ceyson Momoa ilə ailə həyatı qurduqdan əvvəl Lisa Bone musiqiçi Lenny Kravitz ilə evli olub. Bu evlilikdən Lisanın ilk övladı Zoi Kravitz dünyaya gəlib. Lisann qızı hazırda filmlərdə də rol alır. Zoi Kravitz “Dəlisov Maks: Qəzəb Yolu ” filmində də oynayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ