Yazıçı Çingiz Hüseynov vəfat etdi

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib.

Bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. 

Qeyd edək ki, Ç. Hüseynov İsraildə yaşayırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ