Aygün Bəylərin həbsdə olan qardaşı dəfn mərasiminə niyə buraxılmadı? - açıqlama

Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb. Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir. Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşıblar.

Manset.az-ın əldə etdiyi məlumata görə, mərhumun həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.

Pentensiar Xidmətdən bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir. Onun cəzaçəkmə müəssəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməmişdir.

Qeyd edək ki, Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazov 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib. Elnur Əsirov barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ