Gülbahar Şükürlünün ölümündən əvvəl son halı - foto

Xəbər verdiyimiz kimi, tanınmış qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü vəfat edib.

Ölümündən bir müddət əvəl aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov qarmon ustasına baş çəkib. Hacı Nuran G.Şükürlü ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən  xərçəng xəstəliyindən sonra ötən gün dünyasını dəyişib.

Gülbahar Şükürlüyə 1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ