Məşhur Hollivud ulduzu qızları ilə birlikdə aviaqəzada öldü - video

Hollivud aktyoru Kristian Oliver iki qızı ilə birlikdə təyyarə qəzasında ölüb. Hadisə Karib dənizindəki Sent Vinsent və Qrenadin ştatında baş verib.

Sənətçi ilə birlikdə onun 10 və 12 yaşlı iki qızı, həmçinin təyyarənin pilotu olub. Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Qəza anı videoya düşüb. İnternetdə yayılan görüntülərdə təyyarənin yüksək sürətlə suya çırpıldığı və batdığı görünür.

Yerli balıqçılar və xilasedicilər köməyə tələssələr də, göyərtədəkiləri xilas edə bilməyiblər. Sahil mühafizəsi cəsədləri 20 metr dərinlikdən sudan çıxarıb.

Ölümündən əvvəl aktyor “cənnətdən salamlar” göndərib

Ölümündən bir müddət əvvəl Oliver İnstaqram hesabında yazı paylaşım edib.

“Haradas cənnətdən salam! Cəmiyyətə və sevgiyə doğru... 2024, biz gəldik”, - sənətçi gün batımında çəkilmiş çimərlik fotosunun altına yazıb.

Aktyor ölümündən sonra daha iki filmdə ekranda görünəcək

Oliver 21 yaşında Almaniyadan ABŞ-a köçüb, burada model kimi çalışıb və aktyorluq dərsləri alıb. O “Speed ​​​​Racer”, “The Good German”, “Valkyrie” və “İndiana Jones and The Wheel of FateValkyrie kimi məşhur filmlərdə çəkilib. Ümumilikdə onun 60-dan çox rolu var; aktyor Corc Kluni, Tobi Maquayr və Keyt Blanşett kimi ulduzlarla çalışıb.

Aktyorun iMDB səhifəsinə görə, Oliver gələcək iki filmdə ekranda olacaq. Onlardan biri olan “London Blue” filmində Oliver baş rolu oynayıb. Film postprodakşn mərhələsindədir, lakin nümayiş tarixi hələ açıqlanmayıb.

Digər “Əbədi sus” filmi hələ istehsal mərhələsindədir. Filmin rejissoru Nik Lyon bildirib ki, çəkilişlər bu yaxınlarda başa çatıb. “İllərdir ki, film çəkmək haqqında danışırdıq və nəhayət ki, bunu bacardıq” deyən rejissor deyib. “Gözəl həmkar, aktyor və dost olduğunuz üçün sizə təşəkkür edirəm”, - o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ