“Yekə kişilər yaşa dolan xanım məşhurlara ağızlarına gələni yazır” - Nura Suri

“Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır. Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir”.

Bu sözləri müğənni Nura Suri Facebook hesabındakı paylaşımında yazıb. 

“Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!” deyə sənətçi bildirib.

Qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarovanın AzTV-dəki çıxışı birmənalı qarşılanmamışdı. Belə ki, sənətçinin Yeni il çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 87 yaşlı Xanlarovanın ifalarını gözləyənlərlə yanaşı, onu tənqid edənlər də az olmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ