Müğənni Damla dünən Ağsuda konsert verib.
Buta.media-nın məlumatına görə, konsertin sonunda müğənni izdiham arasından avtomobilinə qədər polis əməkdaşlarının müşayiəti ilə getməli olub.
Pərəstişkarları Damlanı əhatəyə alaraq onunla şəkil çəkdirmək istəyib.
Lakin, bu istəyin kütləvi hal alması təhlükəsizlik əməkdaşlarının Damlaya kömək etməsi ilə nəticələnib.