Planetin ən gözəl qızının adı açıqlanıb - foto

“Miss Earth” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub. Bu barədə müsabiqənin Youtube-da baş tutan final yayımı zamanı məlumat verilib.

“Miss Earth” müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçir. Ən yüksək titul albaniyalı Drita Ziriyə verilən “Miss Earth” hesab olunur.

Digər elementlərin də öz kraliçaları var - Hava, Od və Su. Filippinli İlyana Aduana “Miss Air” nominasiyasında qalib olub. Tayland təmsilçisi Kora Blialult “Miss Fire” seçilib. “Miss Water” tituluna vyetnamlı Do Thi Lan An layiq görülüb.

Müsabiqənin təşkilatçıları həmçinin yeddi xüsusi nominasiya üzrə mükafatlar təqdim ediblər. Vyetnamlı Do Thi Lan An ən yaxşı performansa və ən yaxşı milli geyimə görə mükafatlar alıb. Filippinli İlyane Aduane bikini yarışmasının qalibi olub. Xalqın seçimi nominasiyasında indoneziyalı Sindi İnanto qalib olub. Ən yaxşı gecə paltarına görə Qazaxıstan təmsilçisi Dilnaz Tilayeva mükafatlandırılıb. İstedad yarışmasında birinci yeri Yeni Zelandiyadan olan Keytlin Dulsi tutub. Ekologiya ilə bağlı ən yaxşı təqdimat Avropa komandası tərəfindən təqdim edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ