Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı - foto

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

Bu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.

O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.

Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ