Rüfət Axundovun maşını cərimə meydançasına aparıldı - video

Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Bakı şəhər DYPİ-dən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

16:44

Müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. İfaçı Bakıda aeroport yolunda sürət həddini aşıb.

Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127  km/saatla sürüb.

Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb.

Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ