Azərbaycanda müğənnilərin fantastik Yeni il qiymətləri - siyahı

Azərbaycanda yerli müğənnilərin Yeni il bayramı üçün qiymətləri bəlli olub. 

Bu barədə Baku.ws siyahı hazırlayıb.

Sayt qeyd edib ki, göstərilən məbləğ müğənnilərin Yeni il gecəsi 30 dəqiqə çıxışı üçün qonorardır.

Yeni il gecəsi Röyü Ayxan və Aygün Kazımova yarım saata 50 min manat qonorar tələb edirlər. Eyyub Yaqubov 20 min manata, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Abbas Bağırov 15 manata çıxış edirlər.

Natavan Həbibi, Çingiz Mustafayev, Günay İbrahimli, Murad Arif, Samirə Əfəndi, Miri Yusif isə 10 min manat istəyirlər.

Siyahıda ən az qonorar tələb edən müğənni Samir Bağırovdur - 7 min manat.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ