“Time” jurnalı Teylor Svifti ilin adamı seçib

Teylor Svift “Time” jurnalına əsasən Putin, Si Cinpin, Britaniya kralı III Çarlz və Barbini geridə qoyaraq ilin adamı seçilib.

“Time” qalibin ABŞ-də konsert turunu qeyd edib. Bu, bütün zamanların ən böyük turu olub və müğənniyə bir milyard dollardan çox qazanc gətirib. Müğənni ABŞ-nin 66 şəhərinə səyahət edib.

Məlumata görə, Sviftin konsertləri keçirildiyi şəhərlərdə iqtisadi bumlara səbəb olur. Artıq onun şərəfinə şəhərlərin, küçələrin və stadionların adları dəyişdirilir. On kollec və universitetdə ona həsr olunmuş kurslar var və onlardan biri Harvard Universitetidir.

Qeyd edək ki, müğənni həm də konsert zamanı pərəstişkarlarının zəlzələ törətməsi ilə məşhurlaşıb. Avstraliyada, hətta onun populyarlığını öyrənmək üçün elmi konfrans təşkil ediblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ