“GTA VI”nın ilk treyleri yayımlandı - video

“Rockstar” şirkəti ən populyar oyun GTA-nın altıncı hissəsinin treylerini yayımlayıb. 

“Grand Theft Auto VI”nın rəsmi təqdimatı dekabrın 5-də Bakı vaxtı ilə saat 18:00-da baş tutmalı idi, lakin “Rockstar” treyleri axşam saatlarında YouTube kanalında yerləşdirib.

Tarixdə “Minecraft”dan sonra ikinci ən çox satılan oyun olan “GTA V”in buraxılışından artıq on il keçib.

Treylerdə seriyanın ilk qadın qəhrəmanı Lusiya təqdim edilir və oyun Mayamidən ilhamlanan Vays Siti şəhərində cərəyan edir.

Əvvəlki hissələrdəki 1980-ci illərdən fərqli olaraq, yeni oyunun əsas xüsusiyyəti onun müasir quruluşudur. Büdcəsi 1 milyard dollar olan oyunun 2025-ci ildə çıxacağı gözlənilir. Seriyadakı əvvəlki oyunlar kimi, yeni “GTA” da şok edici zorakılığı, cəlbedici hekayə xətlərini və orijinal satiranı birləşdirməyi vəd edir.

YouTube-da “Grand Theft Auto VI” oyununun treyleri premyeradan sonrakı ilk 14 saat ərzində artıq 63 milyondan çox baxış və 7,2 milyon bəyənmə toplayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ