Müğənni Nəfəsin pulunu oğurlayan şəxs cəzalandırıldı

Ötən il dekabrın 30-da gecə saat 02 radələrində Nəsimi rayonu ərazisində müğənni Nəfəsə (Günel Məmmədli) məxsus “Range Rover” markalı avtomobildən 6 min manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü T.Ağayev Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, T.Ağayev yol kənarında dayanıb salfet satmaqla məşğul olurmuş. O, gecə saatlarında müğənninin “Range Rover” markalı avtomobillə Nəsimi rayonu ərazisində dayanaraq səsyazma studiyasına daxil olmasını görüb. Bundan sonra T.Ağayev avtomobilin açıq qalan qapısından daxil olmaqla maşındakı pulqabıdan 6 min manat götürərək qaçıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsin keçirdiyi tədbirlərlə saxlanılan şəxs pulları müğənniyə geri qaytarıb.

Məhkəmənin hökmü ilə T.Ağayevə 2 il 3 ay həbs cəzası verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ