Azərbaycanlılar 2023-cü ildə ən çox hansı musiqini dinləyiblər?

2023-сü ilin “Spotify” şəbəkəsindəki  reytinq nəticələr açıqlanıb.

Azərbaycanda fəaliyyət göstərən yerli sənətçilər içərisində ilk pillənin sahibi Xalq artisti Röya Ayxan olub.

İl ərzində müğənninin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirib. Röya Ayxanın 5,3 milyondan çox “stream” alan mahnılarına 297 min saatdan çox qulaq asılıb.

Pop ulduzunu dünyanın 142 ölkəsində dinləyiblər.

Qeyd edək ki, Xalq artisti “Spotify”da ilk pillədə olduğu üçün sevənlərinə video müraciət ilə təşəkkürünü bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ