Rusiyada Damla üçün izdiham - VİDEO

Müğənni Damla növbəti dəfə fanatlarının hücumuna məruz qalıb. 

Buta.media xəbər verir ki, sənətçi bir neçə gün bundan öncə Rusiyanın Novosibirsk şəhərində konsert proqramı ilə çıxış edib.

Sözügedən gecədə müğənninin pərəstişkarları böyük izdiham yaradıblar.

“Instagram”da paylaşılan görüntülərdən Damlanın fanatlarının onunla şəkil çəkdirmək üçün ajiotaj yaratdığı aydın görünür. Sevənlərinin əlindən hərəkət belə edə bilməyən müğənniyə tədbirin təşkilatçıları yardım etməyə məcbur olublar.

Qeyd edək ki, analoji hal bir neçə həftə öncə Gəncədə yaşanmışdı. Konsertdə fanatları Damla ilə şəkil çəkdirmək üçün onun üzərinə hücum çəkmişdilər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ