Səmra Hüseynova nişanlısını toy günü niyə atdı - foto

Səmra Hüseynova on ildən artıqdır ki, modellik biznesi ilə məşğuldur, bir çox beynəlxalq və yerli moda layihələrində, dünya şöhrətli dizaynerlərin şoularında iştirak edib. O, uzun müddət xaricdə də işləyib.

S.Hüseynova Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, modellik biznesində heç bir mənfi cəhət yoxdur. Onun sözlərinə görə, modelin işi gözəl, qamətli bədənini nümayiş etdirməkdir və bunda qəbahət yoxdur.

“Mən tez-tez səmimi fotolar paylaşıram, çoxları onları tənqid edir. Əslində, mənim fotoşəkillərimdə ürəyi qırılan qadının və xəyalpərəst qızın obrazını görə bilərsiniz”, - model deyir.

Şəxsi həyatına gəlincə, o, xeyriyyəçiliklə məşğul olmağı vacib hesab edən və ehtiyacı olanlara kömək etməyə hazır olan səxavətli kişiləri bəyəndiyini etiraf edib. Modelin sözlərinə görə, həyatında evlənməyə razılaşdığı bir insan olub. Lakin sonradan toy günü həmin şəxsi tərk edib. Buna səbəb isə nişanlısının əvvəlcə onun haqqında pis danışması, sonra isə elçi göndərməsi olub. Səmra isə ondan qisas almağa qərara gəlib və belə bir addım atıb.

Hüseynova etiraf edib ki, məşhur moda jurnallarının üz qabığında olmaq və bir çox dünya brendləri ilə əməkdaşlıq etmək arzusundadır. Arzularının gerçəkləşəcəyinə inanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ