2023-cü ilin ən yaxşı vəhşi təbiət fotoşəkilləri seçilib

Şimali Amerika Təbiət Fotoqrafiya Assosiasiyası NANPA 2023-cü ilin ən yaxşı vəhşi təbiət fotoşəkillərini seçib. Fotolar təşkilatın saytında dərc olunub.

Fotomüsabiqənin təşkilatçıları ən təsirli 24 kadrı yerləşdiriblər. Şəkillər altı kateqoriyada təqdim olunur: “Quşlar”, “Məməlilər”, “Mənzərələr”, “Dəyişdirilmiş reallıq”, “Təbiətin qorunması” və “Mikro və makro fotoqrafiya”. Bu qrupların hər birində münsiflər heyəti ən yaxşı və ikinci yeri tutan fotoşəkili seçib.

“Quşlar” kateqoriyasının qalibi “Annanın Kaliptini” (kolibrilər ailəsindən olan quş) dimdiyi ilə bir damcı su tutmağa çalışan şəklini çəkən fotoqraf Tim V. Oliver olub. “Məməlilər” kateqoriyasında ən yaxşı foto Kevin Dulinin yetkin qohumlarını izləyən fil balasını təsvir edən əsəri layiq görülüb.

Münsiflər məməlilərin fotoşəkilləri arasında uzun illərdir canavarların fotolarını çəkən Karol Qrenyerin işini də xüsusi qeyd ediblər. Vayominq ştatının “Yellowstone” Milli Parkında çəkilmiş fotoda canavar ailəsi Vapiti gölü ətrafında dayanıb.

“Mənzərələr” kateqoriyasında münsiflər heyətini ən çox Kris Bartellin buludsuz gecədə lavanda tarlası heyran edib. “Dəyişdirilmiş reallıq” nominasiyasında qalib Stefani Bekkerin Ayın fotolarından ibarət kollajı olub. “Təbiətin qorunması” kateqoriyasındakı fotoda buldozerlərlə əhatə olunmuş çuxurdan çölə baxan it əks olunub. Onu çəkən fotoqraf Hizer Velli qeyd edib ki, həmin gün bu heyvanların bir çoxu ölüb. Nəhayət, “Mikro və makro fotoqrafiya” nominasiyasında Tomas Mayers tərəfindən antennaları ilə donqarlara toxunan qarışqanın təsviri xüsusilə qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ