“WhatsApp”da yeni funksiya əlçatan oldu

“WhatsApp” messencerində istifadəçilər üçün e-poçtu hesablarla əlaqələndirməyə imkan verən yeni funksiya əlçatan olub. Bu barədə “WABetaInfo” mütəxəssisləri məlumat veriblər.

Portal ekspertləri bildiriblər ki, indi e-poçtu WhatsApp hesabınıza bağlaya bilərsiniz, burada servis xidmət hesabınıza daxil olmaq üçün altı rəqəmli kod göndərəcək.

“Əslində bu, platformaya giriş əldə etməyin əlavə üsuludur ki, bu da istifadəçilərə SMS vasitəsilə kodu almaqda müvəqqəti çətinliklərlə üzləşə biləcəkləri hallarda öz hesablarına daxil olmağa imkan verəcək”, - ekspertlər qeyd ediblər.

“WABetaInfo”ya görə, funksiyanı aktivləşdirmək üçün messencer parametrlərini açmalı və “Hesab” bölməsinə keçməlisiniz. “WhatsApp telefon nömrələrini e-poçt ünvanları ilə əvəz etməyib, funksiya yalnız istifadəçilərə profillərə daxil olmaq üçün əlavə üsul təqdim edir”, materialda vurğulanır.

Mütəxəssislərin fikrincə, funksiya artıq iOS cihazlarının bəzi istifadəçiləri üçün əlçatandır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ