Akif Əsgərov vəfat etdi

Azərbaycanın görkəmli heykəltaraşı, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Akif Əsgərov bu gün saat 17:00-da “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ