Xalq artisti Aygün Kazımova ötən gün Almaniyaya yollanıb.
Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzunun qaldığı hoteldə bu gün səhər həyəcanlı anlar yaşanıb. Belə ki, hoteldə yanğın olduğu deyilərək, həyəcan siqnalı verilib.
Qonaqlar çölə çıxardılaraq, yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Hadisə zamanı aparıcılar Afaq Gəncəli, Ruslan Ağayev və stilist Günəş də orada olub.
Onlar daha sonra ciddi problem olmadığı üçün hotelə geri qayıdıblar.
Qeyd edək ki, ölkənin əsas ulduzu bu gün Bergkamendə səhnəyə çıxacaq.