Qənirə Paşayevanın son rəqsi - video

Mərhum millət vəkili Qənirə Paşayevanın son rəqsinin görüntüləri paylaşılıb.

Görüntüləri sabiq millət vəkili, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı sosial şəbəkə hesabında bu sözlərlə yayıb: “Qənirə Paşayeva ilə son görüşümüz! Sanki vidalaşır hamımızla - özü də bilmədən, biz də fərqində olmadan... Sənin üçün bu qədər üzüləcəyimi, səni çox özləyəcəyimi heç düşünməmişdim, gözəl qız...”

Qeyd edək ki, video 17 sentyabrda “Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun övladının toy mərasimində çəkilib. 23 sentyabrda komaya düşən Q.Paşayeva 28 sentyabrda vəfat edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ