Türkiyəli müğənni Bakıda biznesmenlə ailə qurdu - foto

Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə ailə qurub. 

Dörd ilə yaxındır sevgili olan cütlük ötən gün Bakıda toy ediblər. 

Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi edib. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanıblar.

Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar təxirə düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ