"Azəristar" Yaqutun başını kəsən Anar narkoman imiş - video

"Mən özüm də bilmirəm bu hadisə necə baş verib. Evim yıxıldı. Necə olacağımı heç bilmirəm. Çəkilişə gedirdim. Bacım Yaqut Həşimovanın şəkilini sosial şəbəkədə gördüm. Oğluna zəng vurdub dedim ki, get xalangilə". 

Demokrat.az Bizim.media-ya istinadən bildriir ki, bu sözləri 43 yaşında həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Haşımovanın bacısı Şəlalə "Bizimləsən" ictimai-sosial verilişinin canlı efirinə telefonla qoşularkən deyib. 

Mərhumun bacısı bildirib ki, doğmaca xalası oğlu A.Həşimov narkotika qurşandıqdan sonra xanımı ilə aralarında münaqişələr yaranıb və evi tərk edib: 

"Yaqutun əri, Anar Haşımov xalam oğludur. O, son zamanlar narkotikə qurşanmışdı. Aralarında söz-söhbətlər vardı. Evə də bu səbəbdən gəlmirdi. Anar Yaqutun bıçaqla şah damarına vurub. O da yerindəcə dünyasını dəyişib. Başının kəsilməsi söhbəti isə yalandır. Belə bir şey olmayıb. Sadəcə bıçaq şah damarına dəyib. İndi morqdayıq, aparacağam bacımı məscidə. Sonra da onu dəfn edəcəyik. Xalam oğlu hazırda polislər tərəfindən tutulub. Son zamanlar Anar işləmirdi və narkotikə qurşanmışdı. Elə buna görə də aralarında münaqişələr vardı və danışmırdılar. Evə gəlmirdi. Necə olubsa bu gün evə gəlib və belə bir hadisə baş verib".

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.  

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ