Tanınmış hindistanlı Bakıda öldü

Hindistanın məşhur dizayneri quruluşçu rejissoru və art-direktoru Milan Fernandes bazar günü səhər saatlarında Azərbaycanda ürək tutmasından dünyasını dəyişib. Bu barədə Indian Express məlumat yayıb.

Kino sənayesi analitiki Rameş Balanın sözlərinə görə, Fernandes bazar günü səhər sinəsində ağrılar hiss etməyə başlayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bakıda Fernandes hind aktyoru və yarış pilotu Ajit Kumarla “Vidaamuyarçi” filmi üzərində işləyirdi.

Filmin rejissoru Magij Tirumeni, prodüseri isə “Lyca Productions”dur. Milanın ölümünü filmin yaradıcıları da sosial şəbəkələr vasitəsilə təsdiqləyiblər.

Milan Fernandesin həyat yoldaşı və oğlunun da Azərbaycanda olduğu bildirilir. O, “Billa”, “Veluyantam”, “Vedalam” kimi filmləri ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ