“Avroviziya -2019”un qalibi müəyyənləşdi - VİDEO

İsrailin paytaxtı Tel-Əvivdə “Avroviziya-2019” mahnı müsabiqəsinin qalibi müəyyən edildi.

Buta.media-nın məlumatına görə, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence)  olub.

O, “Arcade” mahnısını ifa edərək həm münsiflərdən, həm də tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465  xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub – 369 xal.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

00:41

“Avroviziya -2019” beynəlxalq mahnı yarışmasının final mərhələsi keçirilir.

Buta.media xəbər verir ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış etdi.

Çingiz ifası zamanı bir neçə dəfə muğam boğazları edərək mahsına daha da rəng qatdı. Səhnə şousunda möhtəşəm lazer və işıq effektləri Çingizin çıxışını əhəmiyyətli dərəcə də ən güclü nömrələrdən biri etdi.

Hazırda yarışmada səs verməyə start verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ