Tərana həbsxanadan məktub göndərdi: "Qızlarımın ...."

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Səni axtarıram” verilişinə zəng edərək hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın ona göndərdiyi məktubdan danışıb.

Kəmalə Ağazadə Təranənin hər iki övladının sığınacağa verilməsini istədiyini deyib:

"Penitensiar xidmətin əməkdaşı bizə Təranənin yazdığı məktubun bir nüsxəsini çatdırıb. Orada Təranə uşaqlarının sığınacaqda qalmasını istəyir. Dəfərlərlə dedim ki, ananın məhkəmə prosesi gedən ərəfədə uşaq sığınacağa verilsin. Hazırda da Təranə belə bir müraciət edib. O, dünən mənimlə telefonla danışıb. Təranə söylədi ki, istəyirəm məhkəmənin qərarı olana və mən həbsdən çıxana qədər uşaq sizin sığınacaqda qalsın.

Hər zaman uşaqların müdafiəsini öndə qoyub, mənafeyini düşünmüşəm. Heç kim deyə bilməz ki, o uşaqla hansısa psixoloq qrupu kənarda işləyib və onunla iş aparıb. Bunların heç biri həyata keçirilmədiyi halda hamımızda da bir fikir yarana bilər ki, bəlkə elə uşağın yaşadığı o depressiyaların səbəbindən bir qorxusu, narahatlığı var. Ona görə anasından imtina etdiyini söyləyir. Yaxşı olar ki, Suel ilə uzun müddətli psixoloqlar işlər aparsın. Uşağın psixoloji konsultasiyaya ehtiyac var".(AZXEBER.COM)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ