Frontotemporal demensiya diaqnozu qoyulan məşhur ABŞ-li aktyor, prodüser və musiqiçi Brüs Uillisin səhhəti pisləşib.
Bu haqda aktyorun dostu və rejissor Glenn Gordon Caron danışıb.
Onun sözlərinə görə, görüşlərinin birində aktyor onu 3 dəqiqəyə yaxın xatırlaya bilməyib.
“O, çox danışmır, əvvəllər həvəsli oxucu idi. Baxmayaraq ki, heç kimin bu barədə bilməsini istəmirdi, amma indi oxumur”, - deyə rejissor bildirib.
Qeyd edək ki, “Die Hard” filmi ilə tanınan Brüs Uillis səhhətində yaranan problemlərə görə 2022-ci ildə kino karyerasını tərk etmək məcburiyyətində qalıb.