Əməkdar artist Könül Kərimovanın arxiv görüntüləri yayılıb.
Buta.media-nın məlumatına görə, foto İnstaqram səhifələrinin birin də paylaşılıb.
İnstaqram izləyiciləri Könül Kərimovanın əməliyyat etdiklərini də iddia ediblər.
“Bu necə dəyişib, görünür çoxsaylı plastik əməliyyat etdiriblər”, “Bu nədi, heç tanımaq olmur. Plastik əməliyyatın canı sağ olsun”- kimi şərhlər yazılıb.
Məsələ ilə bağlı Könül Kərimova bildirib ki, həmin fotoları onu sevməyən sənət dostları qəsdən yayıb:
"İnstaqramda çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42-yə heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi".