Samirə Əfəndi İsraildə çətin vəziyyətə düşüb - video

Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Təl-Aviv şəhərində çətin vəziyyətdə qalıb.

İfaçı sığınacaqdan videonu sosial şəbəkəsində paylaşıb.

Müğənni tədbirlə bağlı getdiyi ölkədən qayıda bilmədiyini açıqlayıb.

“5 min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru” deyə, Samirə bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ