İTV-dən “Eurovision”da bayraq səhvi ilə bağlı - AÇIQLAMA

Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub. 

Buta.media məlumat verir ki, məsələ ilə bağlı İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov münasibət bildirib:

" Bu sadəcə təşkilatçıların kobud səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər".

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan tanıdım lövhəsində bayrağımız bayrağı tərsinə əks olunub. Bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ