Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanın onun barədə verdiyi açıqlamaya münasibətini bildirib.
Buta.media gecce.az-a istinadən xəbər verir ki, məşhur aktyor müğənninin “Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm” sözlərinə belə şərh verib:
“Bu barədə eşitmişəm. Bir dəfə toyların birində məni gördü, yaxınlaşıb dedi. Nə deyim, arzusu olub, amma ürəyində qalıb”.
R. Balayev “Röyanı sənətçi kimi bəyənirsiz?” sualına “Belə də… Ortabab müğənnidir”- deyə cavab verib.