Las-Veqas polisi sentyabrın 29-da Kif Di kimi tanınan 60 yaşlı keçmiş banda lideri Dueyn Devisi reper Tupak Şakuru öldürməkdə ittiham edərək həbs edib.
Tarixin ən nüfuzlu rep sənətçilərindən biri 1996-cı ilin sentyabrında 25 yaşında qətlə yetirilib. Naməlum şəxslər Tupakın və onun musiqisini yayımlayan “Death Row Records” şirkətinin təsisçisi və keçmiş baş direktoru Marion Naytın (Şuq kimi tanınır) olduğu avtomobili atəşə tutublar. Çoxsaylı xəsarətlər alan reper altı gün sonra xəstəxanada dünyasını dəyişib. Nayt isə yalnız yüngül xəsarətlər almışdı. O, hazırda Şakur işi ilə əlaqəsi olmayan qətl ittihamı ilə Kaliforniyada 28 il həbs cəzası çəkir.
Tupak Şakur
Tim Mosenfelder/ImageDirect/Getty Images
“Reuters”in qeyd etdiyi kimi, Davis və daha üç nəfər (2023-cü ilin sentyabrına qədər ölüblər) uzun müddətdir Şakuru öldürməkdə şübhəli bilinirdilər. Kif Di Nevada ştatının Klark dairəsinin məhkəməsi ona qarşı ittiham qərarı çıxardıqdan bir gün sonra evinin yaxınlığında saxlanılıb. AP nəşri qeyd edir ki, polis təxminən iki ay əvvəl işin istintaqı çərçivəsində Devisin yaxınlıqdakı Henderson şəhərindəki evində axtarış aparıb. Müstəntiqlər bir neçə kompüter, mobil telefon və sərt disk, Şakur haqqında hekayənin yer aldığı “Vibe” jurnalı, bir neçə 40 kalibrli güllə, fotoşəkillər və Devisin xatirələrinin surətini müsadirə ediblər.
Münsiflər məhkəməsi həmçinin cinayət ittihamını ağırlaşdırmaq üçün, Devisə qarşı krimnal qruplaşma yaratmaqla bağlı ittiham irəli sürüb. Devis təqsirli bilinərsə, bu, onun cəzasına əlavə 20 il əlavə edə bilər.
Klark Stiv Vulfson - Klark Kevin Makmaxill dairəsinin şerifi və Las-Veqas Polis Departamentinin leytenantı Ceyson Yohansson mətbuat konfransı zamanı. Ekranda atəş açıldığı ağ rəngli “Cadillac”da şübhəlilərin yerləri göstərilir. Las-Veqas, 29 sentyabr 2023-cü il
Ethan Miller / Getty Images
Devis əvvəllər Tupakın qətli ilə bağlı işdə şahid qismində iştirak edib. 2018-ci ildə o, atışmanın baş verdiyi avtomobildə olduğunu təsdiqləsə də, atəşin qardaşı oğlu Orlando Andersonun açdığını bildirib. Qətlindən bir müddət əvvəl Tupak Orlando ilə kazinoda dava etmişdi. Anderson 1998-ci ildə öldürülüb - bundan əvvəl o, Şakurun qətlində iştirakını inkar edirdi.
“Duayn Devis bu cinayəti törədən bir qrup insanın arasında təşkilatçı idi”, - Las-Veqas polisi leytenantı Ceyson Yohansson deyib. “O, qətlin planını hazırlamışdı”. Polis qətlin motivinin onun qardaşı oğlunun döyülməsinə görə qisas almaq olduğunu güman edir - mətbuat konfransında müstəntiqlər hotelin müşahidə kameralarının görüntülərini nümayiş etdiriblər. Həmin kadrlarda bir neçə şəxs Devisin qardaşı oğlu Andersona yumruq və təpiklə döyürlər. Onlardan biri də Şuq Nayt idi.
Dueyn Davis (Kif Di) həbsi zamanı. Las-Veqas, ABŞ, 29 sentyabr 2023-cü il
Las Vegas Police Department / AP / Scanpix / LETA
Devis özü əvvəllər müsahibələrində və 2019-cu ildə nəşr olunan “Kompton küçəsinin əfsanəsi” adlı xatirələrində etiraf edib ki, Tupakın avtomobilinə atəş açmaq üçün istifadə edilən silahı məhz o çıxarıb. Onun sözlərinə görə, “Cadillac”ın ön sərnişin oturduğu üçünilahı arxa oturacaqda əyləşənə verib və atəşi həmi şəxs açıb.
Münsiflər məhkəməsinin ilk ayının stenoqramlarını nəzərdən keçirən AP müxbirləri bildirirlər ki, iş üzrə məhkəmə zamanı Devisin keçmiş tərəfdaşları, Şakurun dostları və 1990-cı illərdə işdə iştirak edən təqaüdçü polis məmurları ifadə veriblər. Həmin ifadələrinə görə, 1996-cı ilə qədər Şakurun “Death Row Records” musiqi leyblı ilə Devislə əlaqəli olan və Biqqi Smallsın təmsil edən “Bad Boy Records” leyblı arasında “anlaşılmazlıqlar” var idi.
“Bu, əlbəttə ki, həlledici andır”, - Tupakın bacısı Sekiiva Şakur deyir. “Mənim üçün vacibdir ki, bütün dünya, ölkəmiz, ədliyyə sistemi və xalqımız bu insanın – qardaşımın, anamın oğlunun, atamın oğlunun vəfatının ciddiliyini etiraf etsin”.