Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə insult keçirib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
R. Rəsulzadənin xəstəxanaya aparıldığı, hazırda müalicə olunduğu bildirilir.
Qeyd edək ki, R. Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.