Azərbaycanda “iPhone15” modellərinin ilkin satış qiymətləri məlum oldu

Azərbaycanda “iPhone15” seriyasının qiymətləri məlum olub.

Qiymətlər barədə məlumat Techote.az instagram səhifəsində paylaşılıb.

Məlumata görə, “iPhone 15” (128 GB) - 2359,99 AZN, 512 GB - 3199,99 AZN, 256 GB - 2649,99 AZN olacaq.

“iPhone 15 Plus” modeli (128 GB) - 2659,99 AZN, 256 GB - 2939,99 AZN, 512 GB isə 3499,99 AZN təşkil edəcək.

“iPhone 15 Pro” modeli (128 GB) - 2969,99 AZN, 256 GB - 3259,99 AZN,  512 GB - 3849,99 AZN, 1 TB - 4419,99 AZN olacaq.

“ iPhone 15 Pro Max” modeli  (256 GB) - 3599,99 AZN, 512 GB - 4149,99 AZN, 1 TB - 4699,99 AZN təşkil edəcək.

Xatırladaq ki, sentyabrın 12-də keçirilən təqdimatda “Apple” öz telefonlarının yeni modellərini - “iPhone 15”, “15 Plus”, “15 Pro” və “15 Pro Max” modellərini təqdim edib.

Əsas yeniliklərdən biri bütün təqdim olunan “iPhone”larda USB-C girişinin olması idi. O, əvvəllər “Apple” tərəfindən telefonlarda istifadə edilən “Lightning”i əvəz edəcək. “AirPods Pro 2” qulaqlıqları da daxil olmaqla, şirkətin bəzi digər aksesuarları da USB-C ilə təchiz edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ