Ötən gün müğənni Səidə Sultanın toy mərasimi baş tutub.
Yenisabah.az xəbər verir ki, ifaçı özünə qız toyu edib.
Qonaqlar sırasında Səidənin illərdir küsülü olduğu Xalq artisti Röya Ayxan da olub.
Səidənin toyunda şou əhlinin vur-çatlasın rəqsi isə izləyənlərin hiddətinə səbəb olub. Sosial şəbəkələrdə qısa zaman ərzində yayılan görüntülərə yüzlərlə tənqidi şərh yazılıb. Sosial şəbəkə istifadəçiləri ölkəmizin antiterror əməliyyatları keçirdiyi bir vaxtda məşhurların şıdırğı rəqs etməsini qınaq atəşinə tutublar.
Qeyd edək ki, toyda Roza Zərgərli, Fatimə Fətəliyeva, Pərvin Abıyeva, Röya Ayxan, Könül Kərimova, Natavan Həbibi, Kamilə Babayeva və bir çox tanınmış sima iştirak edib.