Şou-biznesdə “Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova deputat olmaq qərarına gəlib.
Buta.media xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında ifaçının özü deyib.
“Artıq təcrübəm, yaşım buna imkan verir. Deputat olmaq qərarına gəlmişəm. Çünki hazırda müğənnilər pərakəndədir. İndi hər kəs özü yazır, özü işinin dalınca qaçır. Kimi sponsor tapır, kimisi də tapmır. Amma çox savadlı aparıcı və müğənnilərimiz var ki, onlar bir kənarda qalıblar. Qərara gəldim ki, deputat seçilsəm, şəxsən həmin insanlara dəstək olacam. Mənə səs verin, səs verin ki, seçilim, sizlərə dəstək olum.
Mən seçiləndən sonra istedadı olanlar irəlidə olacaq. Müğənnilər indi çox pərakəndə olublar. Onları bir araya yığmalıyam, konsertlər təşkil etməliyəm. İndi hamısı toy bazarındadır. Toy üçün yaşamaq lazım deyil. Deputat olmağım üçün rəsmi müraciətlər etməyə hazırlaşıram. Düz 5 il Moskvada ali təhsil almışam, daha sonra vokal təhsilim olub. Yəni mən iş xanımı olmaq üçü yaranmışam. Mən seçilsəm, səsi olanlar ağ günə çıxacaq”.