Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, hazırda “TikTok”da səhifələri yeniləmək, canlı yayım açmaq və paylaşım etmək mümkün deyil.
“TikTok” sosial şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.