Günay Malikqızına yüksək vəzifə verildi

Tanınmış jurnalist Günay Malikqızına yeni vəzifə verilib.

O, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin media sahəsi üzrə əməkdaşı olacaq.

Günay Malikqızı vəzifəsinin icrasına sabahdan başlayacaq.

Qeyd edək ki, G.Malikqızı daha öncə Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ