Namiq Qaraçuxurlu bıçaq altına düşdü - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunub.

Buta.media axsam.az-a istinadən xəbər verir ki, sənətçi bir il əvvəl yıxılıb ayağını zədələyən zaman qoyulan milləri çıxartdırıb.

Namiqin əməliyyat zamanı videosu çəkilib. O, görüntüləri paylaşaraq "Sağ olsun həkimlər, hər şəraiti yaradıblar. Yeri gəlmişkən, artıq hər şey yaxşıdır. Bir neçə gündən sonra yenidən xidmətinizdəyəm" sözlərini yazıb.

Qeyd edək ki, Namiq uzun müddətdir əsa ilə gəzirdi. O, ayağındakı dəmirlərin bir neçə ay əvvəl çıxarılmalı olduğunu, amma işlərinə görə gecikdiyini açıqlamışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ