Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənir - foto

Türkiyəli müğənni Sərdar Ortaç növbəti dəfə evlənəcəyini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı danışıb.

Pop ulduz İnci adlı xanımla evlənəcəyini bildirib.

Türkiyə mətbuatı isə söhbət rəqqasə İnci Həbibovadan getdiyini yazır. Məlumata görə, Mustafa Sandalla yanaşı, Sərdar Ortacın da rəqs qruplarında yer alan rəqqasə azərbaycanlıdır, 1988-ci ildə Bakıda anadan olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ