Rövşanə Ağasəfqızı işdən çıxarıldı - Heç bir səbəb söyləmədilər

Aparıcı Rövşanə Ağasəfqızının “Space” televiziyasındakı işinə xitam verilib.

Bu barədə aparıcı Axşam.az-a açıqlamasında bildirib. O, heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

“Hazırda məzuniyyətdəyəm. Bu gün “Space TV”nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ