Ayan Füzuli Musayevlə münasibətindən danışdı: Leyli Məcnun sevgisi yaşamışıq - VİDEO

O vaxt həyatımdakı insanın (red: Füzuli Musayev) müğənnilərə meyli yox idi. 

Buta.media-nın məlumatına görə, bunu müğənni Ayan Babakişiyeva prodüser Tolikin “Tarixlə səmimi” “Youtube” layihəsində qonaq olarkən deyib.

Ayan Babakişiyevanın keçmiş münasibətindən danışarkən göz yaşları saxlaya bilməyib:

"Mənin sevgimdən el-aləm danışırdı. Bu həyatı mən yaşamışam. Səfasını da, cəfasını çəkmişəm. Bizim sevgimiz Leyli - Mecnun sevgisi idi”.

Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşayıb. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də Selena adlı qız övladı dünyaya gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ